Bakıda “VAZ” markalı minik avtomobili “KAMAZ”la toqquşub, bir nəfər ağır xəsarət alıb

Bakıda “VAZ” markalı minik avtomobili “KAMAZ”la toqquşub, bir nəfər ağır xəsarət alıb
# 14 aprel 2013 04:57 (UTC +04:00)

Bakı-APA. Bakıda yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər ağır xəsarət alıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub. Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” markalı minik avtomobilində olan 1 nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 05:50-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR