Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyada səfərdə olub - FOTO

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyada səfərdə olub - <span style="color: red;">FOTO
# 27 dekabr 2012 15:28 (UTC +04:00)

APA-nın Azərbaycan FHN-in saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Moskva şəhərində yerləşən xilasedicilərin şərəfinə ucaldılmış abidə ziyarət edilmiş və abidənin önünə əklil qoyulub.

Daha sonra Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirliklərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüş zamanı müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə, həmçinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafında fərqləndiklərinə görə qarşılıqlı olaraq təltif edilmiş hər iki nazirliyin əməkdaşlarına medal və döş nişanları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR