Gələn il dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmanın həcmi 40% artacağı proqnozlaşdırılır

Gələn il dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmanın həcmi 40% artacağı proqnozlaşdırılır
# 15 oktyabr 2014 13:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2015-ci ildə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən dövlət büdcəsinə 7,0 mln. manat daxilolmanın təmin ediləcəyi gözlənilir.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrində əks olunub.

Bu, 2014-cü ilin proqnozundan 2,0 mln. manat və ya 40,0% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR