Bakıda Fransa fotoqraflarının foto-sərgisi təşkil ediləcək

Bakıda Fransa fotoqraflarının foto-sərgisi təşkil ediləcək
# 14 fevral 2013 08:26 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Fevralın 22-dən martın 8-dək Bakı şəhərindəki “Kiçik QalArt” Qalereyasında “Azərbaycan - təzadlar ölkəsi” adlı foto-sərgi təşkil ediləcək. APA-nın məlumatına görə, Azərbaycanda Fransız İnstitutu və Bakı-Frankofonlar Assosiasiyası tərəfindən təşkil olunacaq sərgidə Fransanın həvəskar fotoqraflarının çəkdiyi yüzə yaxın fotoşəkil nümayiş olunacaq.

Fotolarda Azərbaycan və onun paytaxtı Bakının gözəl yerləri, insanları və onların gündəlik həyatı əks etdirilib. Sərgiyə giriş sərbəstdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR