ABŞ və Çin iyulda strateji dialoqun növbəti raundunu keçirəcək

ABŞ və Çin iyulda strateji dialoqun növbəti raundunu keçirəcək
# 14 aprel 2013 00:48 (UTC +04:00)

Bakı-APA. Iyulun 8-dən 12-dək Vaşinqtonda ABŞ-Çin strateji və iqtisadi dialoqun növbəti raundu keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət departamenti məlumat yayıb.

Amerika tərəfini danışıqlarda Con Kerri və maliyyə naziri Ceykob Lyu təmsil edəcək.

ABŞ və Çin nümayəndələri ikitərəfli münasibətlərə, regional və qlobal problemlərə dair məsələləri müzakirə edəcək, deyə ABŞ Dövlət departamenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR