Hüquq müdafiəçiləri yanğın zamanı xəsarət almış şəxslərə və polis əməkdaşına baş çəkiblər

Hüquq müdafiəçiləri yanğın zamanı xəsarət almış şəxslərə və polis əməkdaşına baş çəkiblər
# 23 may 2015 10:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov, müavinləri Elçin Şirinov və Aydın Bəyişovla birlikdə Səhiyyə Nazirliyinin 1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsində olublar.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, Azadlıq prospektində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət almış və hazırda xəstəxanada müalicə olunan şəxslərlə görüşüblər: “Orada bir kişi, üç uşaq yeddi qadın olmaqla 11 nəfər müalicə olunur. Həkimlərin verdiyi məlumata görə, vəziyyətləri stabildir. Lakin mən hesab edirəm ki, müalicədən sonra onlarla psixoloqlar da işləsələr yaxşı olar. Xəstələr onlara göstərilən qayğıdan razılıq etdilər” .

E. Behbudov Daxili İşlər Nazirliyinin hospitalında müalicə alan Çevik Polis Alayının əməkdaşı Şahin Qocayevə də baş çəkdiklərini deyib: “Şahin yanğın zamanı binadan bir neçə nəfəri xilas edib. Hazırda vəziyyəti yaxşıdır. Bir neçə gün əvvəl daxili işlər naziri Ramil Usubov da ona baş çəkib. Yaxın vaxtlarda nazirlik tərəfindən mükafatlandırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR