YAP-da 22 iyul - Milli Mətbuat günü münasibətilə bir qrup jurnalistlə görüş keçirilib - FOTO

YAP-da 22 iyul - Milli Mətbuat günü münasibətilə bir qrup jurnalistlə görüş keçirilib - <span style="color: red;">FOTO
# 21 iyul 2014 10:39 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 iyul - Milli Mətbuat günü münasibətilə bir qrup jurnalistlə görüş keçirilib.

APA-nın məlumatına görə, partiya adından görüşdə çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov əsası 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuatın tarixindən danışıb.

Azərbaycan mətbuatının zəngin tarixi yol keçdiyini vurğulayan S.Novruzov bildirib ki, müstəqillik illərində Azərbaycan mətbuatı daha parlaq inkişaf mərhələsinə qədəm qoyub: “Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi, bir sıra media orqanlarının borclarının silinməsi, KİV-ə dəstək fondunun yaradılması və sair bu inkişafa dəstək verən amillərdir. Azərbaycan prezidenti İlham Əliyevin “Jurnalistlərin dostu” seçilməsi isə indiki dövrdə dövlətin mətbuata verdiyi diqqətin bariz nümunəsidir”.

S.Novruzov eyni zamanda jurnalistlərə Azərbaycanın uğurlarına verdikləri dəstəyə görə təşəkkür edərək bildirib ki, ölkədə son vaxtlar xeyli beynəlxalq tədbirlər keçirilir və gələcəkdə də belə ciddi tədbirlərin keçirilməsi gözlənilir: “Bu kimi tədbirlərdə jurnalistləri fəal olmağa çağırıram”.

Sonda jurnalistlər YAP tərəfindən mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR