Sabah Azərbaycan paytaxtında dumanlı hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında dumanlı hava şəraiti proqnozlaşdırılır
# 27 aprel 2013 09:56 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək, havanın temperaturunun gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR