Lavrov və Kerri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Lavrov və Kerri Ukraynadakı vəziyyəti müzakirə ediblər
# 25 sentyabr 2014 03:32 (UTC +04:00)

Bakı-APA. Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində baş tutub.

Söhbət zamanı tərəflər Ukraynadakı vəziyyəti, “İslam dövləti” qruplaşmasına qarşı mübarizəni və İranla “altılıq” arasında danışıqları müzakirə ediblər.

ABŞ dövlət departamentinin məlumatına əsasən, Kerri və Lavrov Minskdə əldə edilən atəşkəs razılaşmasının maddələrinin tezliklə və tam şəkildə yerinə yetirilməsinin zəruriliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR