Bakı. Hafiz Heydərov – APA. Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA-nın məlumatına görə hadisə yolun Ağstafa rayonu Qırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində maşınlardan birinin sürücüsü Tovuz rayon Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü Mahir Cəfərov ölüb, sərnişinlər Tovuz rayon Aşağı Quşçu kənd sakinləri, 1975-ci il təvəllüdlü Sərdar Rüstəmov, 1988-ci il təvəllüdlü Seymur Qasımov, 1992-ci il təvəllüdlü Arzu Bağırov və digər avtomobilin sürücüsü, Qazax rayon Çaylı kənd sakini 1982-ci il təvəllüdlü Etibar Bənnayev müxtəlif bədən xəsarətləri alaraq əvvəlcə Ağstafa Mərkəzi rayon xəstəxanasına daha sonra isə Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib.
Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.