Azərbaycanın emal sənayesi sektorunda istehsal 8% artıb

Azərbaycanın emal sənayesi sektorunda istehsal 8% artıb
# 25 dekabr 2012 14:06 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda sənaye sektorunun emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 5,8 mlrd. manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi 7,5% artmaqla xeyli hissəsi qida məhsullarının istehsalının payına düşüb: «Əksər qida məhsullarının istehsalında artım müşahidə olunub, onlardan kolbasa məmulatlarının istehsalı 2% artaraq 1,8 min ton, duru bitki yağlarının istehsalı 53,6% artaraq 56,7 min ton, marqarin 23,7% artaraq 21 min ton, kərə yağı 1,6% artaraq 20 min ton olub».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR