Bakıda Almaniya vətəndaşı olan tələbə öldürülüb - YENİLƏNİB

Bakıda Almaniya vətəndaşı olan tələbə öldürülüb - <span style="color: red;">YENİLƏNİB
# 03 may 2013 07:00 (UTC +04:00)

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Əhməd Rəcəbli küçəsi, 3 B ünvanında qeydə alınıb.

Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Vusal Şilder Adolf naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, öldürülən şəxs Qərb Universitetinin tələbəsidir. Rayon Prokurorluğundan o da bildirilib ki, Almaniya vətəndaşı olan 21 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR