ASAN Xidmət Mərkəzi rüsumları açıqlayıb - SİYAHI

ASAN Xidmət Mərkəzi rüsumları açıqlayıb  - <span style="color: red;">SİYAHI
# 13 fevral 2013 15:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı ASAN Xidmət Mərkəzi vətəndaşların məlumatlandırılması ilə əlaqədar xidmət göstərilən sahələr üzrə müvafiq rüsumları açıqlayıb. Dövlət Agentliyindən APA-ya 9 dövlət orqanının 23 xidmətinin rüsumları barədə ətraflı məlumatlar verilib.

DAXİLİ İŞLƏR NAZİRLİYİ

Xidmətin adı Rüsumlar

Azərbaycan Respublikasının hüdudlarından kənara 11 manat

getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan,

vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsi

Şəxsiyyət vəsiqəsinin verilməsi (16 yaşınadək) pulsuz

Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi (10 gün) 1 manat

Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi (3 iş günü) 10 manat

Ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi (1 ay) 40 manat

Ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi (5 iş günü) 120 manat

Sürücülük vəsiqəsinin dəyişdirilməsi 18 manat

Məhkumluq barədə arayışın verilməsi pulsuz

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

Xidmətin adı Rüsumlar (xidmət haqqları – x/h)

Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına 30 manat (20 günə alınması barədəçıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi verildikdə 20 manat x/h,

14 günə verildikdə 30 manat x/h,

7 günə verildikdə 40 manat x/h )

Vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında 20 manat (20 günə verildikdə 20 manat x/h,

əldə edilmiş daşınmaz əmlakın qeydiyyatı 14 günə verildikdə 30 manat x/h,

7 günə verildikdə 40 manat x/h)

Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına 10 manat (5 günə verildikdə 20 manat x/h,

(yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi 2 günə verildikdə 40 manat x/h

VERGİLƏR NAZİRLİYİ

Xidmətin adı Rüsumlar

Bankların, birjaların, sığortaçıların, 220 manat

sığorta birlikləri və brokerlərinin qeydiyyatı

Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata 3 manat

keçirən hüquqi şəxslərin qeydiyyatı

Digər hüquqi şəxslərin qeydiyyatı 11 manat

Fiziki şəxslərin sahibkarlıq uçotuna alınması pulsuz

MİLLİ ARXİV İDARƏSİ

Xidmətin adı Rüsumlar

Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi pulsuz

DÖVLƏT MİQRASİYA XİDMƏTİ

Xidmətin adı Rüsumlar

Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənədlərin verilməsi (3 ayadək) 30 manat

Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənədlərin verilməsi (6 ayadək) 60 manat

Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənədlərin verilməsi (1 ilədək) 120 manat

Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənədlərin verilməsi (tələbələr üçün illik) 40 manat

Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün 300 manat

icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş 10 manat

Azərbaycan Respublikasında müvəqqəti və ya daimi

yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma

müddətinin uzadılması barədə qərarın yenidən verilməsi

DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ

Xidmətin adı Rüsumlar

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi pulsuz

DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU

Xidmətin adı Rüsumlar

Əmək pensiyalarının təyin edilməsi pulsuz

ƏDLİYYƏ NAZİRLİYİ

(Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı)

Xidmətin adı Rüsumlar

Doğumun qeydə alınması pulsuz

Ölümun qeydə alınması pulsuz

Nikahın qeydə alınması 5 manat

Nikahın pozulmasının qeydə alınması (yetkinlik yaşına 15 manat

çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı

razılığı əsasında)

Nikahın pozulmasının qeydə alınması (məhkəmə qətnaməsi əsasında ) 15 manat

Nikahın pozulmasının digər xüsusi hallarda qeydə alınması 2 manat

Övladlığa götürmənin qeydə alınması Pulsuz

Atalığın müəyyən edilməsinin qeydə alınması Pulsuz

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması 10 manat

Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, 2 manat

düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə

əlaqədar şəhadətnamələrin verilməsi

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında 2 manat

şəhadətnəmələrin (təkrar şəhadətnamələrin) verilməsi

(Notariat fəaliyyəti)

Xidmətin adı Rüsumlar (xidmət haqları-x/h)

Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan 20 manat (3 manat x/h)

müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin

təsdiqi (müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin,

babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə)

Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan 200 manat (30 manat x/h)

müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin

təsdiqi (müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə

keçirsə-Bakı şəhərində)

Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan 80 manat (12 manat x/h)

müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin

təsdiqi (müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə

keçirsə-digər şəhər və rayonlarda)

Daşınmaz əmlak barədə müqavilənin təsdiqi (yaşayış 20 manat (3 manat x/h)

sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün)

Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsinin təsdiqi 25 manat (3,75 manat x/h)

(müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin,

babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə)

Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsinin təsdiqi 50 manat (7,5 manat x/h)

(müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə)

Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz 10 manat (1,50 manat x/h)

istifadəyə verilməsi haqqında müqavilənin təsdiqi (müqavilə üzrə

istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya,

nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə)

Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz 15 manat (2,25 manat x/h)

istifadəyə verilməsi haqqında müqavilənin təsdiqi (müqavilə

üzrə istifadə hüququ digər şəxsə keçirsə)

İpoteka müqaviləsinin təsdiqi (dəyəri 2000 manatadək) 5 manat (0,75 manat x/h)

İpoteka müqaviləsinin təsdiqi (dəyəri 2000 manatdan 5000 manatadək) 20 manat (3 manat x/h)

İpoteka müqaviləsinin təsdiqi (dəyəri 5000 manatdan çox olduqda) 30 manat (4,50 manat x/h)

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq 110 manat (16,5 manat x/h)

müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin

təsdiqi (Bakı şəhərində)

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq 44 manat (6,6 manat x/h)

müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin

təsdiqi (digər şəhər və rayonlarda)

Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti 55 manat (8,25 manat x/h)

hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında

bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi (Bakı şəhərində)

Qarışıq müqavilənin təsdiqi (qanunvericilikdə nəzərdə tutulmuş 22 manat (3,3 manat x/h)

güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair

qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin

təsdiqi üçün-digər şəhər və rayonlarda)

Vəsiyyətnamələrin təsdiqi 10 manat (1,50 manat x/h)

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflər ər (arvad), 10 manat (1,50 manat x/h)

uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə)

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflərdən biri kənd 10 manat (1,50 manat x/h)

təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə)

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflər digər fiziki və hüquqi şəxsdirsə) 80 manat (12 manat x/h)

Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən 10 manat (1,50 manat x/h)

müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə

sazişin təsdiqi (tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba,

nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə)

Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən 20 manat (3 manat x/h)

müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə

sazişin təsdiqi (tərəflər digər şəxslərdirsə)

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam 10 manat (1,50 manat x/h)

verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi (etibarnamə

ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə,

qardaşa, bacıya verilərsə)

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam 20 manat (3 manat x/h)

verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi (etibarnamə

digər şəxslərə verilərsə)

Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin 5 manat(0,75 manat x/h)

təsdiqi (etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya,

nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə)

Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin 10 manat (1,50 manat x/h)

təsdiqi (etibarnamə digər şəxslərə verilirsə)

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi (şəhadətnamənin 20 manat

qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq)

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi (vərəsə digər şəxsdirsə) 40 manat

Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə 10 manat

əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi

Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün 2 manat və sənədlərdən surət

təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların və çıxarışların düzgünlüyünün təsdiqi

düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin üçün hər səhifəyə görə əlavə 0,50 manat

eyniliyinin təsdiqi (dövlət rüsumu məbləğində x/h)

Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin 2 manat

imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün

Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) 5 manat

Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi 20 manat

Dəniz protestlərinin tərtib edilməsi 20 manat

İcra qeydlərinin aparılması 10 manat

Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin 5 manat

ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və

bələdiyyələrə verilməsi

Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda 5 manat

qəbul edilməsi

Notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş 10 manat (notariusun iş yerindən kənarda notariat

üzrə iş yerindən kənarda aparılması (1 saat üçün) hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə

sərf olunan hər saat üçün 5 manat)

Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) 5 manat

aktlarının rəsmiləşdirilməsi

Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi 100 manat

Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılması 50 manat

Başqa notariat hərəkətləri 5 manat

Dövlət Gömrük Komitəsi

Gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu ilə bağlı gömrük yığımları barədə məlumatlar “ASAN xidmət” mərkəzlərinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi saytında yerləşdirilib. www.asan.gov.azwww.customs.gov.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR