FHN Bakıda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb

FHN Bakıda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb
# 06 iyun 2015 13:37 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Sabunçu rayonunda baş verən yol qəzası barədə məlumat açıqlayıb.

APA-nın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “VAZ” və “Mercedes” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

“VAZ” markalı avtomobilin sərnişini həlak olub, sürücüsü xəsarət alıb, digər avtomobilin sürücü və sərnişini xəsarət alıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədi və yaralıları nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil verib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 10:50-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR