“Top-600”də 5 Azərbaycan klubu yer alıb

“Top-600”də 5 Azərbaycan klubu yer alıb
# 29 yanvar 2013 14:05 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin arxada qalan hissəsi üçün dünyanın ən yaxşı klublarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2001-12-ci illəri əhatə edən “Top-600”də Azərbaycanın 5 klubu yer alıb.

Bunlardan ən yüksək göstəriciyə “Neftçi”yə malikdir – 287-ci yer, 512,5 xal. “Qarabağ” 462,5 xalla 330-cudur. 397-ci pillədə olan “Bakı”nın 375,5 xalı var. 354 xala malik “İnter” 411-ci pillədə qərarlaşıb. 426-cı yerdə gedən “Xəzər Lənkəran” isə 344 xala malikdir.

Qeyd edək ki, siyahıya 3224 xalla “Barselona” başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR