Azərbaycanda magistral kəmərlərlə neftin nəqli 7% azalıb

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli 7% azalıb
# 23 aprel 2013 09:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 10,7 mln. ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 8,1 mln. ton və ya ötən ildəkindən 9% az neft ötürülüb. Səngəçal terminalından BTC kəməri ilə 774,7 min ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu da ötən ilin I rübünə nisbətən 19,5% azdır.

Bununla yanaşı, hesabat dövründə Azərbaycanda magistral qaz kəmərləri ilə 5,4 mlrd. kubmetr və ya ötən ilin yanvar-mart ayları ilə müqayisədə 8,5% az qaz nəql edilib. Nəql edilmiş qazın 17,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və bu kəmər vasitəsilə 962,5 milyon kubmetr qaz ötürülüb. Bu da ötən ilin ilk üç ayına nisbətən 13% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR