Gəncədə yataqxanada yanğın olub

Gəncədə yataqxanada yanğın olub
# 18 mart 2013 12:11 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində 5 mərtəbəli yataqxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, yanğın şəhərin, Atatürk prospekti-197 saylı ünvanda yerləşən Xalça Mahud Kombinatına məxsus yataqxanada baş verib.

Yanğın 5 mərtəbəli tikilinin 1-ci mərtəbəsindən başlayıb. Gülxanım Şabanovanın mənzilində qaz balonunda yanğın yaranıb. Alov qısa zaman ərzində ümumi sahəsi 18 kvadratmetr olan 2 otaqlı mənzili bürüyüb və daha sonra yuxarı mərtəbələrə keçib. Hadisə yerinə 5 yanğınsöndürən maşın gəlib. Yanğın nəticəsində ciddi xəsarət alan olmayıb, yuxarı mərtəbələrdə olan bir neçə sakin yanğınsöndürənlər tərəfindən xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR