Bakı. Könül Cəfərli – APA. Almaniyanın Düsseldorf hava limanında İran Mərkəzi Bankının sabiq rəhbəri Təhmasib Mazəhəri saxlanılıb.
APA-nın məlumatına görə, hava limanında onun üzərindən Venesuelanın Mərkəzi Bankına aid olan təxminən 70 milyon dollarlıq bank qəbzi aşkar edilib.
Çirkli pulların yuyulmasında şübhəli bilinən T. Mazəhəri barədə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlayıb.
İstintaq zamanı o bildirib ki, bu pullar Vensuela hökuməti tərəfindən maliyyələşdiriləcək yeni yaşayış binalarının tikintisi üçün nəzərdə tutulub.
Qeyd edək ki, T. Mazəhəri yanvarın 21-də Düsseldorf hava limanında saxlanılsa da, saxlanılan şəxsin məhz sabiq nazir olmasından media yeni xəbər tutub.