Xaçmazda yaşayış evi yanıb, bir azyaşlı ağır xəsarət alıb - FOTO

Xaçmazda yaşayış evi yanıb, bir azyaşlı ağır xəsarət alıb - <span style="color: red;">FOTO
# 03 fevral 2013 18:54 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Mürşüdoba kəndində 1928-ci il təvəllüdlü İsbatov Balayar Səfixan oğluna məxsus, ümumi sahəsi 63 kvadratmetrli yaşayış evinin 15 kavadratmetri yanıb.

Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub.

Alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 2010-cu il təvəllüdlü İsbatova Mələk Xəlil qızı ağır bədən xəsarətləri alıb.

Azyaşlı 2-3-cü dərəcəli texniki yanığ xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR