Azərbaycan sərhədçiləri yanvar ayında 1 milyon 54 min manat dəyərində qaçaqmal saxlayıb

Azərbaycan sərhədçiləri yanvar ayında 1 milyon 54 min manat dəyərində qaçaqmal saxlayıb
# 31 yanvar 2013 12:06 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan sərhədçiləri tərəfindən yanvar ayında dövlət sərhədlərini pozduqlarına görə 31 halda 40 nəfər saxlanılıb. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib. Saxlanılanlardan 22 nəfəri Azərbaycan, 4 nəfəri Özbəkistan, 3 nəfəri Tacikistan, 2 nəfəri İran, 2 nəfəri Malaziya, 2 nəfəri Pakistan, 2 nəfəri Əfqanıstan, 3 nəfəri digər ölkələrin vətəndaşları olub.

Yanvar ayında sərhəd rejimi qaydalarını pozduqlarına görə 42 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 177 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə nəticəsində 41 halda ümumi dəyəri təqribən 1 milyon 54 min manat olan qaçaqmal tutulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR