Gürcüstan vətəndaşı Bakıda baltalanıb

Gürcüstan vətəndaşı Bakıda baltalanıb
# 11 fevral 2013 10:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gürcüstan vətəndaşı Bakıda baltalanıb. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Lənkəran rayon sakini Taleh Bağırov münaqişə zəminində, Gürcüstan vətəndaşı Əlləz İsmayılova başından balta ilə çoxsaylı xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən T.Bağırov Yasamal rayonu ərazisində tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR