Azərbaycan Yüksək Texnologiyalar Parkı HP şirkəti ilə Anlaşma Memorandumu imzalayıb - FOTOSESSİYA

Azərbaycan Yüksək Texnologiyalar Parkı HP şirkəti ilə Anlaşma Memorandumu imzalayıb - <span style="color: red;">FOTOSESSİYA
# 15 oktyabr 2014 09:34 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda Azərbaycan Yüksək Texnologiyalar Parkı ilə HP şirkəti arasında Anlaşma memorandumu imzalanıb.

"APA-Economics"in məlumatına görə, bu sənəd Yüksək Texnologiyalar Parkında yeni texnologiyaların, yeni innovasiyaların tətbiqini nəzərdə tutur.

Anlaşma memorandumu Yüksək Texnologiyalar Parkının icraçı direktoru Seymur Ağayev və HP-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İnara Quliyeva imzalayıb.

Mərasimdə iştirak edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qeyd edib ki, Azərbaycan hazırda informasiya texnologiyalarının inkişafı, bu sahədə ixracyönümlü məhsulların istehsalını gücləndirmək istiqamətini seçib. “Hazırda dövlət informasiya texnologiyaları sahəsində sifarişçi qismində çıxış edir. Data mərkəzlər tikilməsi, proqram təminatı inkişaf etdirilməsi ilə bağlı böyük sifarişlər var. Təhsil, səhiyyə sahəsində informasiya texnologiyalarının geniş tətbiq olunması nəzərdə tutulub. Ümumiyyətlə, ölkədə bu sahədə böyük layihələr həyata keçirilir”, - deyə Ə. Abbasov qeyd edib.

Nazirin sözlərinə görə, rabitə və yüksək texnologiyalar sahəsinin əsas inkişaf istiqamətlərindən biri proqram təminatının genişləndirilməsi, böyük proqramçı azərbaycanlı qrupun yaradılması, inkişaf etdirilməsi, habelə informasiya texnologiyaları sahəsini genişləndirmək, təkcə daxildə deyil, xarici bazara da çıxışı gücləndirmək, xaricə məhsul ixrac etmək, transmilli şirkətlərlə Azərbaycan şirkətləri arasında birgə layihənin həyata keçirilməsinə diqqət çəkməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR