Rusiya prezidenti Avrasiya İqtisadi Birliyi haqqında müqavilənin ratifikasiyasını təsdiqləyib

Rusiya prezidenti Avrasiya İqtisadi Birliyi haqqında müqavilənin ratifikasiyasını təsdiqləyib
# 03 oktyabr 2014 14:48 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin yaradılmasına dair müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, bu barədə V. Putin Nazirlər Kabinetinin üzvləri ilə görüşündə bildirib.

Prezident qeyd edib ki, artıq Rusiya, Belarus və Qazaxıstan arasında bağlanmış müqavilənin ratifikasiyası haqqında qanun qüvvəyə minmiş hesab olunur.

Avrasiya İqtisadi Birliyi 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR