Xaçmazda baş verən qəzada sürücü ölüb, həyat yoldaşı ağır xəsarət alıb

Xaçmazda baş verən qəzada sürücü ölüb, həyat yoldaşı ağır xəsarət alıb
# 15 avqust 2014 13:48 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Yalama yolunun 13-cü km-də, rayonun Yaqubova kəndi ərazində qeydə alınıb.

Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Şıxəmmədov Mahmud Şıxməmməd oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib. Maşında olan sərnişin, sürücünün həyat yoldaşı, 1953-cü il təvəllüdlü Şıxəmmədova İmarə Murad qızı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR