Şamaxıya sulu qar və qar yağır, çaylarda sululuq artmaqdadır

Şamaxıya sulu qar və qar yağır, çaylarda sululuq artmaqdadır
# 17 aprel 2013 11:19 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan ərazisində anomal hava şəraiti davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi xəbərə görə, dünən və bu gün Bakıda və Abşeron yarımadasına isə düşən yağıntının miqdarı 1-8 mm təşkil edib.

Şamaxı Regional Meteoroloji Stansiyasının məlumatına əsasən, aprelin 17-də gecə saat 05:00 radələrindən başlayaraq Şamaxı və onun ətraf ərazilərində aramsız yağıntılar düşüb, bəzi yerlərə sulu qar, dəniz səviyyəsindən 1000 metrdən hündürdə yerləşən ərazilərə isə qar yağıb. Qarın qalınlığı 1-2 sm təşkil edib, çaylarda sululuq artıb.

Yağıntılar nəticəsində əmələ gəlmiş qar örtüyünün hündürlüyü Xınalıqda 18 sm, Sarıbaşda 8 sm, İlisuda 6 sm, Kişçayda 3 sm, Gədəbəydə 1 sm, Qubanın dağlıq ərazilərində 10-15 sm təşkil edib.

Anomal hava şəraiti güclü küləklərlə də müşayiət olunur. Şimal-qərb küləyi Biləsuvarda 22 m/s, Gəncədə 20 m/s, Tərtərdə 18 m/s, Şəmkir və Naftalanda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 15-18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR