“Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub

“Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub
# 16 aprel 2013 12:57 (UTC +04:00)

Bu barədə APA-ya qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib. R. Hacıyev qərarın Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla qəzet arasında olan məhkəmə çəkişməsi ilə əlaqədar olduğunu deyib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetinə qarşı iddia qaldıraraq qəzetdən təkzib vermək və 200 min manat təzminat ödəməyi tələb edib. Yasamal Rayon Məhkəməsi isə iddianı təmin edərək, qəzetin Tağı Əhmədova mənəvi zərər əvəzi olaraq 30 000 manat təzminat ödəməsi və “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıdakı bilgilərlə bağlı təkzib verməsi haqqında qərar qəbul edib. Lakin həmin qərar icra olunmadığından məhkəmə qəzetin bank hesabına həbs qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR