Kukla Teatrında “Çəkməli pişik” tamaşasının premyerası keçirilib

Kukla Teatrında “Çəkməli pişik” tamaşasının premyerası keçirilib
# 07 iyul 2015 14:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında hazırlanan eyni adlı tamaşanın premyerası keçirilib.

Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovanın APA-ya verdiyi məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Səhnə əsərində əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman, Rəhilə İbadova və başqaları ifa edir.

Mətbuat xidmətindən bildiriblər ki, teatr yeni mövsümün açılışını da bu tamaşa ilə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR