Nigeriyada Hindistanın neft barjasına hücum edilib, nəticədə üç nəfər ölüb

Nigeriyada Hindistanın neft barjasına hücum edilib, nəticədə üç nəfər ölüb
# 05 fevral 2013 18:12 (UTC +04:00)

Bakı-APA. Nigeriyada Hindistanın neft barjasına törədilən hücum nəticəsində iki hərbçi və bir nəfər heyət üzvü ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə, gəmi Hindistanın “Sterling Global Oil” şirkətinə məxsusdur. Məlumata əsasən, pusquda gizlənmiş silahlılar hərbçilərlə müşayiət olunan Hindistanın neft barjasına qəflətən hücum ediblər. Atışma nəticəsində iki hərbçi və bir nəfər heyət üzvü ölüb, üç nəfər isə yaralanıb. Silahlılardan bir neçə nəfər yaralansa da, onlar hadisə yerindən qaça biliblər.

Hindistan şirkəti insidentlə bağlı hələlik heç bir şərh verməyib.

Qeyd edək ki, hücum “Niger deltasının azadlığı uğrunda” üsyançı qruplaşmanın fəaliyyət göstərdiyi ərazidə baş verib. Bu qruplaşmanın üzvləri mütəmadi neft-qaz hasilatı obyektlərinə hücum törədərək əcnəbiləri girov götürür. Bu ərazidə həmçinin dəniz quldurları da tez-tez gəmilərə basqın edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR