Səfir Hidayət Orucov Qırğızıstanın cənubunda işgüzar səfərdə olub - FOTO

Səfir Hidayət Orucov Qırğızıstanın cənubunda işgüzar səfərdə olub - <span style="color: red;">FOTO
# 10 iyul 2015 19:19 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, səfir səfər çərçivəsində Qırğız Respublikası Hökumətinin Oş vilayətindəki səlahiyyətli nümayəndəsi Sooronbay Jeenbekov, Oş şəhərinin meri Aytmamat Kadırbayev, Qırğız Respublikası Hökumətinin Calal-Abad vilayətindəki səlahiyyətli nümayəndəsi Jumaqul Eqamberdiyeva, Toktoqul, Bazar-Korqon, Kara-Suy rayonlarının akimləri (icra hakimiyyəti başçıları) və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib, həmçinin, Kara-Suy rayonun istehsalat müəssisələrində olub. Bu rayonda keçirilən görüşlərdə 2015-ci ilin aprel ayının 26-dan may ayının 2-dək Qırğız Respublikasının nümayəndə heyətinin istilik üsulu ilə istehsal sahəsində təcrübənin mübadiləsi üçün Azərbaycana səfərləri ilə bağlı söhbət açılıb və səfərin yüksək səviyyədə təşkili üçün Azərbaycan rəhbərliyinə təşəkkürlər bildirilib.

Səfir azərbaycanlıların sıx yaşadığı rayonun Nəriman (N.Nərimanovun adını daşıyır) kəndində həmvətənlilərimizlə görüş keçirib. Hidayət Orucov bildirib ki, dünyada əlli milyonluq Azərbaycan xalqının taleyi belə gətirib ki, yalnız doqquz milyonu öz milli dövlətinin vətəndaşıdır, qırx milyondan çoxu isə ya başqa dövlətin ərazisinə daxil edilmiş öz tarixi-etnik torpaqlarında, ya da Qırğızıstandakı kimi diaspor şəklində yaşayırlar. Onu da qeyd edib ki, ölkəmiz hələ də müharibə şəraitindədir, ərazimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan artıq yurddaşımız isə qaçqınlıq həyatı yaşamağa vadar edilib.

Hidayət Orucov xaricdə yaşayan soydaşlarımızın bütün problemləri Azərbaycan prezidenti İlham Əliyevin diqqət mərkəzində, özünün qeyd etdiyi kimi, hər bir azərbaycanlının prezidenti olduğunu, dövlətimizin bu sahədə perspektivli siyasət apardığını və yaxşı nəticələr qazandığını vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanı siyasi və iqtisadi sahələrdə inkişaf etdirib, beynəlxalq arenada ölkəmizə böyük nüfuz qazandırdığını və bunun nəticəsi olaraq, Azərbaycan regionun lider dövlətinə çevrildiyini bildirib.

Səfir Qırğızstanda fəaliyyətə başlayandan milli siyasət sahəsində burada gedən prosesləri izlədiyini və Qırğızstan dövlətinin bu sahədə düzgün siyasət apardığının qənaətində olduğunu qeyd edib, qırğız xalqına və Qırğız Respublikasının rəhbərliyinə burada yaşayan azərbaycanlılar üçün yaratdıqları şəraitə görə təşəkkürünü bildirib.

Səfir vurğulayıb ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf etməkdədir və bu xətt Azərbaycan prezidenti İlham Əliyevin və Qırğız Respublikasının prezidenti Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir. Görüşün sonunda həmvətənlilərimiz tərəfindən hazırlanmış konsert proqramı nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR