Azərbaycanda 59 yaşlı kişi özünü gölə ataraq intihar edib

Azərbaycanda 59 yaşlı kişi özünü gölə ataraq intihar edib
# 22 avqust 2015 08:54 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşıqbayramlı kəndi ərazisində qeydə alınıb. Hacıhətəmli kənd sakini, 1956-cı il təvəllüdlü Rüstəmov Fizuli Mərcəfər avqustun 20-də evdən çıxaraq geri qayıtmayıb. O, itkin düşmüş şəxs kimi Rayon Polis Şöbəsində qeydiyyata alınıb və axtarışına başlanılıb.

Fizuli Rüstəmovun meyiti bu gün səhər saat saatlarında qonşu kəndin ərazisindəki Aşıqbayramlı gölündən tapılaraq ailəsinə təhvil verilib. Məlum olub ki, 59 yaşlı Fizuli Rüstəmov uzun müddət dəri xərçəngindən əziyyət çəkib. O, bu səbəbdən özünü gölə ataraq intihar edib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR