Çilidə 5,2 bal gücündə zəlzələ baş verib

Çilidə 5,2 bal gücündə zəlzələ baş verib
# 19 sentyabr 2015 01:56 (UTC +04:00)

Bakı-APA. Çili sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kokimbo şəhərindən 131 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, sentyabrın 17-də Çilidə 8,4 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 12 nəfər ölüb, 1 milyona yaxın insan təxliyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR