FHN-in Avropa İttifaqı ilə birgə layihələri mövzusunda tədbir keçirilib

 FHN-in Avropa İttifaqı ilə birgə layihələri mövzusunda tədbir keçirilib
# 13 oktyabr 2014 12:21 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsində “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Avropa İttifaqı (Aİ) ilə birgə layihələri və Aİ-nın Mülki müdafiə mexanizmi” mövzusunda tədbir keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirdə qeyd olunub ki, 2001-ci ildə təsis edilmiş və 32 iştirakçı ölkənin qoşulduğu Aİ Mülki müdafiə mexanizminin əsas hissəsi kimi fəaliyyət göstərən və özündə monitorinq, məlumatlandırma və əlaqələndirmə fəaliyyətini əks etdirən fövqəladə hallara cavab tədbirlərinin əlaqələndirilməsi mərkəzi fəaliyyət göstərir. Mərkəzin fəaliyyətinə fövqəladə hallar zamanı əlaqələndirilmə, fövqəladə halların monitorinqi, təhlil və planlaşdırma, erkən xəbərdarlıq sistemi, peykdən alınan məlumatlar, ekspertlər, yanğınlar barədə məlumat, daşqın və hava proqnozlarının verilməsi və s. daxildir.

Bununla yanaşı, fəlakət zonasında beynəlxalq xilasetmə komandaları üçün əlaqələndirmə mərkəzinin və əməliyyat bazalarının işinin təşkili və fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, bu günə qədər 300-dən çox fəlakətin monitorinqini aparıb, 180-dan çox yardım üçün müraciət qəbul etmiş Aİ mülki müdafiə mexanizmi ABŞ-da neft dağılması, Haitidə, Çilidə, Yaponiyada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması, Moldovada, Rumıniyada, Albaniyada, Pakistanda, Polşada daşqınların, Fransada, Portuqaliyada meşə yanğınlarının qarşısının alınması əməliyyatlarına qoşulub.

Aİ Mülki müdafiə mexanizminin Fövqəladə Hallar və Məlumatlandırma üzrə Vahid Sistemi, həmçinin xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuş müxtəlif tip yardım qrupları və vasitələri və eyni zamanda yardım qəbul edən ölkənin dəstəyi barədə də iştirakçılara məlumat verilib.

Sonra FHN və Avropa İttifaqı arasında həyata keçirilən layihələr çərçivəsində son dövrdə görülmüş işlər barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR