ABB rəhbəri kredit faizlərinin yüksək olmasının səbəbini izah edib

ABB rəhbəri kredit faizlərinin yüksək olmasının səbəbini izah edib
# 29 aprel 2013 11:25 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın bank sektorunda kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərindən biri problemli borcların alınmasındakı çətinlik, bununla bağlı proseduraların, o cümlədən borcun girova yönəldilməsi prosesinin həddən artıq uzun çəkməsi ilə bağlıdır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev ölkədə kredit faizlərinin yüksək olmasını şərh edərkən bildirib.

«Əksər hallarda girovların müsadirə olunması və onların satışı prosesi illərlə davam edir. Bu müddət ərzində banklar mübarizə aparır, məhkəmələr bir neçə səviyyədə keçirilir. Əksər hallarda bu, azı 24 ay davam edir», - deyə ABB rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, bu müddət ərzində kredit resursu istifadəsiz qalır: «Banklar isə əmanətçilərə faiz ödəməlidir, deməli, banklar bu faizləri qazana bilməlidir».

Bankir bildirib ki, girovların müsadirəsi ilə bağlı hallarda banklar girov sahiblərinin yaşayış yerindən məhrum olması və onların hüquqlarının pozulması ilə bağlı iradlarla üzləşirlər: «Amma belə olmasa, əmanətçilərin hüquqları pozular».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR