Müsavat Gənclər Təşkilatının sədri 220 saatlıq icbari əməyə cəlb edilib

Müsavat Gənclər Təşkilatının sədri 220 saatlıq icbari əməyə cəlb edilib
# 03 may 2013 15:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı 220 saatlıq icbari əməyə cəlb edilib. Bu barədə APA-ya T. Abbaslı özü məlumat verib.

T. Abbaslı deyib ki, yanvar ayında Bakıda keçirilən “Əsgər ölümlərinə son” aksiyasında iştiraka görə 600 manat cərimə edilib. Lakin o, heç bir yerdə işləmədiyini səbəb gətirərək cəriməni ödəməkdən imtina edib. Məhkəmə icraçılarının iddiasına əsasən Nəsimi rayon Məhkəməsində Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Tural Abbaslı barəsində 220 saatlıq icbari əməklə məşğul olması barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR