ETSN: Oğuzda dağlıq meşə ərazisində yanğın ildırım düşməsi nəticəsində baş verib

ETSN: Oğuzda dağlıq meşə ərazisində yanğın ildırım düşməsi nəticəsində baş verib
# 04 avqust 2014 09:14 (UTC +04:00)

Bakı. Könlü Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oğuz meşəbəyliyindən baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat açıqlayıb.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında deyib ki, avqustun 3-də “Şahdağ” Milli Parkının Oğuz meşəbəyliyinin Xaçmaz bölməsinin 3-cü dolayının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.

İlkin ehtimala görə, ildırım nəticəsində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının köməyi ilə 4 avqust tarixində səhər saat 11 radələrində söndürülüb. Yanğın nəticəsində ərazidəki quru ot və kol örtüyünə ziyan dəyib.

Avqustun 3-də saat 14 radələrində Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci dolayında da yanğın hadisəsi baş verib.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin müvafiq yerli qurumlarının əməkdaşları yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR