Əcnəbi gənclər Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub - FOTO

Əcnəbi gənclər Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub - <span style="color: red;">FOTO
# 08 iyul 2014 16:11 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xarici İşlər, Gənclər və İdman nazirlikləri ilə birgə yeni layihə həyata keçirib.

Muzeyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Mən Azərbaycanı necə tanıyıram?” adlı inşa müsabiqəsində Meksika, Argentina, Braziliya, Estoniya, Vyetnam, Belçika, Kanada və Cənubi Afrika Respublikasından olan gənclər iştirak edib.

Bir neçə ay davam edən müsabiqənin nəticəsi olaraq müvafiq ölkələrdəki səfirliklərin təşkil etdiyi münsiflər heyətləri qalibləri müəyyənləşdirib.

Müsabiqənin keçirildiyi ölkələrdən olan və Azərbaycan haqqında ən yaxşı inşa yazıların müəllifləri kimi qiymətləndirilmiş 110 nəfər gənc daha yaxından tanış olmaq üçün Azərbaycana dəvət ediliblər. Əcnəbi gənclərin Qobustana, Atəşgaha, Azərbaycanın rayonlarına ekskursiyaları təşkil edilib.

Qonaqlara muzeyin buklet və nəşrlərindən nümunələr hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR