Narkotik tərkibli bitki becərən Gəncə şəhər sakini saxlanılıb

Narkotik tərkibli bitki becərən Gəncə şəhər sakini saxlanılıb
# 04 sentyabr 2014 14:31 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Həyətyanı sahəsində narkotik tərkibli bitki əkib-becərən Gəncə şəhər sakini saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli bitkilərin əkilib-becərilməsində şübhəli bilinən 1951-ci il təvəllüdlü Ziyad Məmmədovun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan 28 ədəd ümumi çəkisi 58 kiloqram olan narkotik xassəli, kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR