Xaçmazda baş verən qəzada 2 nəfər dünyasını dəyişib

Xaçmazda baş verən qəzada 2 nəfər dünyasını dəyişib
# 21 aprel 2013 17:34 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün gecə saatlarında Xaçmaz rayonunda 2 nəfərin ölümü nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayonu Yergüc kənd sakini, 1984-cü il təvəllüdlü Həmidov Dəyanət Nüsrəddin oğlunun idarə etdiyi “Vaz 21 09” markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə sürücü və sərnişin, 1985-ci il təvəllüdlü Xudat şəhər sakini Lednejova Pərvanə Tehran qızı hadisə yerində dünyasını dəyişib. Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR