BQP hökuməti təcili islahatlara başlamağa çağırıb

BQP hökuməti təcili islahatlara başlamağa çağırıb
# 29 yanvar 2013 15:14 (UTC +04:00)

Bakı – APA. Böyük Quruluş Partiyasının (BQP) Siyasi Qurulunun iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, təşkilati işlərin gedişi və cari məsələlər müzakirə olunub.

BQP başqanı Fazil Mustafa Azərbaycan parlament nümayəndə heyətinin AŞPA-nın qış sessiyasındakı fəaliyyəti, keçirdiyi görüşlər və məruzəçi qismində qatıldığı təbirlərdən danışıb, eləcə də ölkə və dünya gündəmində yer alan mühüm ictimai-siyasi hadisə və proseslərə dair fikirlərini iştirakçıların diqqətinə çatdırıb.

İclasda ölkə ictimaiyyətinin diqqətini cəlb edən hadisələrə münasibət bildirilib. Qeyd edilib ki, ölkənin bəzi rayonlarında baş vermiş hadisələrin bir daha təkrarlanmaması üçün regionda Azərbaycana qarşı təhdidlərin ən ciddi dövrünün yaşandığı, daxildə baş verə biləcək hər hansı qarşıdurmanın xarici düşmənlərin işinə yarayacağı nəzərə alınmalıdır.

BQP həyatın bütün sahələrində insan hüquqlarına hörmətlə yanaşmağın demokratiyanın vazkeçilməz prinsipi kimi mənimsənilməsinin vacibliyini vurğulayıb, dinc nümayiş iştirakçılarına qarşı polis zorakılığını pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR