AZAL Bakıdan Antalya və Bodruma aviareysləri bərpa edir

AZAL Bakıdan Antalya və Bodruma aviareysləri bərpa edir
# 13 aprel 2013 11:08 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Yay mövsümü ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakıdan Antalya və Bodruma birbaşa aviareyslərini bərpa edir.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, may ayının 19-dan etibarən Bakı-Antalya, iyun ayının 13-dən isə Bakı-Bodrum marşrutu ilə uçuşlara başlanacaq: «Uçuşlar ilkin olaraq həftədə bir dəfə, daha sonra isə həftədə bir neçə dəfə yerinə yetiriləcək. Bakı-Antalya aviareysi üzrə uçuşlar sentyabrın 24-dək, Bakı-Bodrum marşrutu üzrə isə uçuşlar sentyabrın 11-dək yerinə yetiriləcək».

Aviaşirkətdən həmçinin bildirilib ki, Türkiyənin sözügedən kurortlarına uçuşlar «Boeing-767» təyyarələri ilə həyata keçiriləcək: «Hazırda hər iki aviareys üzrə bir biletin minimal qiyməti 492 manat təşkil edir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR