Rafael Cəbrayılovun seçicilərlə növbəti görüşü baş tutub - FOTOSESSİYA

Rafael Cəbrayılovun seçicilərlə növbəti görüşü baş tutub - <span style="color: red;">FOTOSESSİYA
# 28 oktyabr 2015 14:13 (UTC +04:00)

Bakı-APA. Milli Məclisə keçirilən seçkilərdə 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov bu gün növbəti görüşünü G. Şıxbala və İ.Qayıbov küçəsinin sakinləri ilə keçirib.

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, Rafael Cəbrayılov seçiciləri salamlayaraq, seçki platforması haqqında malumat verib.

“Şirvanda böyüyən bir insan kimi, kifayət qədər Şirvanla bağlılığım var. Ona görə də şirvanlıları maraqlandıran məsələləri tam dəqiqliklə bilirəm. Elə bu məsuliyəti dərk edərək Şirvan şəhərindən namizədliyimi irəli sürmüşəm. Seçicilər səs verib, mənə etimad göstərsələr, səlahiyyətlər çərçivəsində həmin məsələləri həll edəcəyəm” - deyen Rafael Cəbrayılov daha sonra seçiciləri dinləyib. Seçicilər Rafael Cəbrayılova Şirvanlılara etdiyi xeyirxahlıqlarla görə təşəkkür ediblər. Görüş zamanı əsasən, seçicilər tərəfindən kanalzasiya və məhəllə daxili yolların təmiri ilə bağlı müraciətlər edilib. Sakinlər Rafael Cəbrayılovla hər zaman onunla fəxr etdiklərini, 1 noyabr tarixində ona səs verəcəkləri bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR