Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu Ermənistana 300 milyon dollar ayıracaq

Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu Ermənistana 300 milyon dollar ayıracaq
# 22 iyul 2015 21:40 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak bildirib.

“Fondun nümayəndələri Ermənistan hakimiyyəti ilə müzakirələr aparıb və Fondun Şurası kreditin ayrılmasına dair siyasi qərar verib”, deyə Storçak bildirib.

Onun sözlərinə görə, kredit Fondun standart şərtləri əsasında kreditləşmənin məqsədləri tədricən müzakirə olunmaqla üç tranş şəklində təqdim ediləcək.

Qeyd edək ki, Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan tərəfindən 2009-cu ildə təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR