Sabah Azərbaycanda yağmusuz hava şəraiti gözlənilir

Sabah Azərbaycanda yağmusuz hava şəraiti gözlənilir
# 03 fevral 2013 14:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Fevralın 4-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq. Bakıda gecə 2-4 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın bölgələrində də havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR