Amerikanın Baker Hughes şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar - FOTO

Amerikanın Baker Hughes şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar - <span style="color: red;">FOTO
# 25 sentyabr 2014 07:55 (UTC +04:00)

Bakı – APA. Amerikanın Baker Hughes şirkətinin Azərbaycan, Gürcüstan və Rusiyanın Xəzər regionu üzrə direktoru Roy Vudvik Bakı Ali Neft Məktəbinin (BANM) rektoru və rəhbər heyəti ilə görüşüb.

BANM-dən APA-ya verilən məlumata görə, qonağı şirkətin universitetlərarası əlaqələr və işəgötürmə üzrə mütəxəssisi Ekaterina Mişşina və Azərbaycan nümayəndəliyinin bir sıra rəhbər əməkdaşı müşayiət edib.

Rektor Elmar Qasımov onlara BANM-in yaranma tarixi, məqsəd və başlıca hədəfləri, həmçinin tələbə qəbulu prosesinin nəticələri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, qısa zaman müddətində fəaliyyət göstərməsinə baxmayaraq, ali məktəb kifayət qədər uğurlara nail ola bilib və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən son iki tədris ilinin statistik göstəricilərinə əsasən ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və ali məktəblər arasında mütləq lider olub. BANM-in əməkdaşlıq etdiyi beynəlxalq universitetlər və şirkətlər haqqında məlumat verən rektor ali məktəbin tələbələri üçün şirkətlərdə müxtəlif təlim və stajkeçmə imkanlarının yaradıldığını, bunun tədrisin praktik nöqteyi-nəzərdən təşkilinə mühüm töhfə verdiyini vurğulayıb.

Öz növbəsində, R. Vudvik Baker Hughes şirkətinin neft və qaz sənayesində innovativ xidmətlər, məhsul və texnologiyalar üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli şirkət olaraq dünyanın 80-dən artıq ölkəsində fəaliyyət göstərdiyini və ümumilikdə 58 000-dən çox işçiyə sahib olduğunu bildirib. Eyni zamanda, Baker Hughes şirkətinin 11 texnoloji mərkəzə malik olduğunu və elm və texnologiya sahələrinə külli miqdarda investisiya yatırımı etdiyini vurğulayıb.

İxtisaslı kadr axtarışında olduqlarını qeyd edən R. Vudvik Baker Hughes şirkətində tələbələr üçün stajkeçmə proqramının həyata keçirildiyini bildirib və BANM tələbələrinin də bu proqramdan bəhrələnmələri arzusunda olduğunu ifadə edib.

Qarşılıqlı əməkdaşlıq üçün potensial imkanların mövcud olduğunu ifadə edən tərəflər bunun üçün müvafiq hüquqi bazanın yaradılması barədə razılığa gəlib.

Daha sonra şirkətin nümayəndələri tələbələr qarşısında prezentasiya ilə çıxış edin, interaktiv müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR