Lənkəranda bankomatdan oğurluğa cəhd olub

Lənkəranda bankomatdan oğurluğa cəhd olub
# 16 sentyabr 2015 11:06 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bankomatdan oğurluğa cəhd olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 03.00 radələrində rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər tərəfindən qəsəbə ərazi icra nümayəndəliyinin binasında quraşdırılmış “KapitalBank”a məxsus bankomatdan oğurluğa cəhd edilib. Bankomat zədələnsə də, oğurluq cəhdi baş tutmayıb.

Hazırda polis hadisə iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR