“Müsyö Jordan və dərviş Məstəli şah” komediyası Konya Dövlət Teatrının səhnəsində nümayiş olunacaq

“Müsyö Jordan və dərviş Məstəli şah” komediyası Konya Dövlət Teatrının səhnəsində nümayiş olunacaq
# 17 aprel 2013 12:01 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə türk dünyasının qədim mədəniyyət mərkəzlərindən olan Konya şəhərində 9 ölkə teatrlarının iştirakı ilə “Min nəfəs, bir səs” VI Beynəlxalq teatr festivalı (14-24 aprel) keçirilir. APA-nın məlumatına görə, festivalda Azərbaycanı M. F. Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası ilə Gəncə Dövlət Dram Teatrı təmsil edir. Tamaşa aprelin 18-də Konya Dövlət Teatrının səhnəsində nümayiş olunacaq.

Qeyd edək ki, festival çərçivəsində Azərbaycan və Türkiyə ilə birlikdə Qazaxıstan, Rusiya Federasiyasının Dağıstan və Kabardin-Balkar respublikaları, Makedoniya, Bolqarıstan, Şimali Kipr, İraq teatrlarının çıxışları olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR