Bakı sakinindən narkotik tapılıb

Bakı sakinindən narkotik tapılıb
# 06 fevral 2015 10:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakinindən narkotik aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əsgər Camalov 1,09 qram marixuananı satarkən tutulub. Onun Abşeron rayonu ərazisindəki evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram marixuana, 505 qram həşiş və 106,150 qram heroin də aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR