Narkotik əkib becərən Şəmkir sakininin evindən silah-sursat aşkarlanıb

Narkotik əkib becərən Şəmkir sakininin evindən silah-sursat aşkarlanıb
# 15 iyul 2014 13:25 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkirdə narkotik tərkibli bitkilərin əkini ilə məşğul olan şəxs saxlanılıb.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini 1957-ci il təvəllüdlü Fikrət Əliyev saxlanılıb.

Onun bağ sahəsinə baxış zamanı oradan 72 ədəd xüsusi aqrotexniki qaydada yetişdirilən çətənə kolları, heyvan saxladığı tövlənin yardımçı otağına baxış zamanı oradan satış üçün hazırlanan qurudulmuş marixuana və müxtəlif çətənə kollarının toxumları aşkarlanaraq götürülüb. Həmçinin Fikrət Əliyevə məxsus heyvan yatağına baxış zamanı oradan tüfəng, xeyli patron və 3 ədəd əl qumbarası aşkarlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR