“Ağ Şəhər” layihəsi çərçivəsində ekoloji monitorinq aparılıb

“Ağ Şəhər” layihəsi çərçivəsində ekoloji monitorinq aparılıb
# 21 iyul 2014 14:29 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi Ekoloji Monitorinq Departamenti 2007-ci ildən “Ağ Şəhər” layihəsi çərçivəsində “Azərneftyağ” Neft Emalı Zavodunun istehsalat və sahilyanı ərazilərində ekoloji monitorinq tədqiqatlarına başlayıb, ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar bir çox işlər görüb.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin fevral-may aylarında “Azərneftyağ” NEZ-in keçmiş 19 saylı sexinin, əmtəə kontorunun və həmçinin zavoda məxsus ərazilərdə yığılıb qalmış istehsalat tullantılarının yerləşdiyi sahələrdə təmizləmə işlərinin mərhələlərlə aparılması üzrə təkrar ekoloji monitorinq işləri həyata keçirilib.

Tədqiqat işləri Bakı səhəri Xətai rayonunun Babək və Nobel prospektlərini, Y.Əliyev və X.Rüstəmov küçələrindəki məhəllələri və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən 221,35 hektar ərazini əhatə edib.

Monitorinqin keçirilməsində məqsəd bu ərazilərdə təmizləmə işlərinin keyfiyyəti, layihədə nəzərdə tutulan bərpa işlərinin vəziyyəti, eləcə də ətraf mühitin idarə edilməsi planının icrası haqqında məlumatların toplanmasından ibarətdir. Monitorinq zamanı həmin ərazilərdə torpaqların çirklənmə səviyyəsi, mövcud neftlə çirklənmiş torpaq sahələri, torpağı çirkləndirən maddələr, çirklənmə dərinliyi, sahələrdə atmosfer havasının keyfiyyətinin instrumental ölçmələri, radiasiya fonu ölçülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR