Gürcüstan vətəndaşını Bakıda maşın vuraraq öldürüb

Gürcüstan vətəndaşını Bakıda maşın vuraraq öldürüb
# 24 mart 2015 10:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 22-də saat 17:00 radələrində Xətai rayonunun Yusif Səfərov küçəsində Bakı şəhər sakini İbrahimxəlil Həsənov idarə etdiyi “Hovo” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Qulam Göyüşovu vurub. Xəstəxanaya yerləşdirilən Q.Göyüşov orada ölüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR